Federer karyerasını başa vurduğunu açıqladı

16-09-2022, 09:04           
Federer karyerasını başa vurduğunu açıqladı
İsveçrəli tennisçi, Böyük Dəbilqə yarışlarının 20 qat qalibi Rocer Federer karyerasını başa vurduğunu açıqlayıb.

İdmançı sosial şəbəkələrdə onun son turnirinin sentyabrın 19-dan 25-dək Londonda keçiriləcək Leyver Kuboku olacağını bildirib.

41 yaşlı tennisçi səhhətinin artıq peşəkar tennisdə oynamağa imkan vermədiyini, lakin ara-sıra xüsusi matçlarda korta çıxacağını deyib.

Qeyd edək ki, Federer bütün zamanların ən yaxşı tennisçilərindən biri hesab olunur. O, karyerası ərzində 103 ATP titulunu qazanıb. İdmançı səkkiz dəfə Uimbldon (bütün zamanların rekordu), altı dəfə Avstraliya Açıq, beş dəfə ABŞ Açıq, bir dəfə isə Rolan Qarrosu qazanıb.

Mənbə: news.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru