Avropa Liqası: “Fənərbağça” son anda məğlubiyyətdən qurtuldu, “Roma” rəqibinə şans vermədi - VİDEO

16-09-2022, 09:24           
Avropa Liqası: “Fənərbağça” son anda məğlubiyyətdən qurtuldu, “Roma” rəqibinə şans vermədi - VİDEO
UEFA Avropa Liqasının qrup mərhələsində II turunun ilk oyunları başa çatıb.

8 qrupda ümumilikdə 15 görüş baş tutub.

A qrupunun “Arsenal” (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

B qrupunda yer alan “Fənərbağça” Fransada “Renn” komandasının qonağı olub. İstanbul klubu əlavə olunmuş dəqiqələrdə vurduğu qolla Fransadan bir xalla qayıtmağı bacarıb – 2:2.

C qrupunda “Roma” doğma azarkeşləri önündə HİK-ə şans verməyib. Matçın 15-ci dəqiqəsindən azlıqda qalan finlər meydanı başıaşağı tərk ediblər – 3:0.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

A qrupu

“Budö Qlimt” (Norveç) – “Sürix” (İsveçrə) 2:1

B qrupu

“Dinamo” (Kiyev, Ukrayna) - AEK (Larnaka, Kipr) 0:1

“Renn” (Fransa) – “Fənərbağça” (Türkiyə) 2:2


C qrupu

“Betis” (İspaniya) – “Lüdoqorets” (Bolqarıstan) 3:2

“Roma” (İtaliya) - HİK (Finlandiya) 3:0


D qrupu

“Braqa” (Portuqaliya) – “Yunion” (Berlin, Almaniya) 1:0

“Yunion” (Belçika) – “Malmö” (İsveç) 3:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru