Əfsanəvi idmançının forması 10 milyon dollara satılıb

16-09-2022, 09:52           
Əfsanəvi idmançının forması 10 milyon dollara satılıb
Əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın forması Sotheby's hərracında 10,091 milyon dollara satılıb.

Teref.Az Trend-ə istinadən bildirir ki, həmin formada o 1998-ci ildə Çikaqoda "Yuta" komandasına qarşı Milli Basketbol Assosiasiyasının (NBA) finalında oynayıb.

Qeyd edək ki, bir il əvvəl M.Jordanın 1984-cü ildə NBA-da debüt etdiyi krossovkaları hərracda satılıb. Krossovkalar üçün o zaman 1,472 milyon dollar ödənilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.