Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

17-09-2022, 12:34           
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, “Qəbələ” klubu “Sumqayıt”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Hazırda “qırmızı-qaralar” 9 xalla 6-cı, “gənclik şəhəri” təmsilçisi isə 3 xalla 8-ci pillədə qərarlaşıb.

İki komanda indiyədək ölkə çempionatında 39 dəfə qarşılaşıb. Bunların 22-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıblar. 12 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də əyalət təmsilçisinin xeyrinədir - 63:29.

“Sumqayıt” son 4 oyunda qalib gəlməyib. “Qəbələ” son 5 ev matçından xalsız və qolsuz ayrılmayıb.

17 sentyabr (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Ömər Paşayev

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”u 3:1, “Neftçi” isə səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 18-də keçiriləcək “Kəpəz” – “Şamaxı” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.