Məmmədyarov Sent-Luisdə üçüncü oldu

17-09-2022, 12:57           
Məmmədyarov Sent-Luisdə üçüncü oldu
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində iştirak etdiyi “Fişer şahmatı” turniri başa çatmaq üzrədir.

Azerisport.com xəbər verir ki, Uesli So, Layner Dominges, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı - ABŞ), Alireza Firuzca (Fransa), Petr Svidler, Yan Nepomnyaşşi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da turnirdə iştirak edirlər.

Bu gün son üç tur baş tutub və nəticəyə görə Şəhriyar 6 xal toplayaraq üçüncü yerdə qərarlaşıb.

Məmmədyarov - Dominges 1:0

Svidler - Məmmədyarov 1:0

Məmmədyarov - Aronyan 0,5:0,5

Turnir cədvəli: Firuzca, Karuana - hərəyə 6,5 xal, Məmmədyarov, Nepomnyaşşi - hərəyə 6, So - 4,5, Aronyan, Nakamura - hərəyə 4, Dominges, Svidler - hərəyə 3,5, Kasparov - 0,5.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru