Qarabağ ilk 5-likdə yer aldı - Avropa Liqası

17-09-2022, 11:49           
Qarabağ ilk 5-likdə yer aldı - Avropa Liqası
UEFA Avropa Liqasının qrup mərhələsində II tur oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib.

İlk "5-lik"də Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib.

Ən çox fanat isə "Roma" (İtaliya) - "HİK" (Finlandiya) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 193 fanat olub.

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:0 hesabı ilə məğlub edib. Avropa Liqasının qrup mərhələsində II turun "Arsenal" (İngiltərə) - PSV (Niderland) qarşılaşması Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru