Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

19-09-2022, 09:07           
Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" komandası Yunanıstan Super Liqasında V turun oyununu keçirib.

Pirey təmsilçisi səfərdə "Aris"lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 15-ci dəqiqədə "Olimpiakos"un futbolçusu Georgios Masuras açıb. Lakin Saloniki komandası fasilədən sonra 2 qol vuraraq, əzmkar qələbə qazanıb.

Bu nəticədən sonra "Olimpiakos" 8 xalla 6-cı pillədə qərarlaşıb. Xalını 10-a çatdıran "Aris" isə 3-cüdür.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la oktyabrın 6-da səfərdə, oktyabrın 13-də isə evdə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru