Teymur Fərəcov Azərbaycan üçün yeni rekorda imza atdı

19-09-2022, 09:48           
Teymur Fərəcov Azərbaycan üçün yeni rekorda imza atdı
Emiliya-Romanyada (İtaliya) keçirilən “Ironman” status turniri Azərbaycan triatlonu üçün tarixi nəticə ilə əlamətdar olub.

Pulika.az xəbər verir ki, yarışda 14 idmançımız iştirak edib.

Onlardan ən yaxşı nəticəni “Triterra”klubunun təmsilçisi Teymur Fərəcov göstərib. O, “dəmir məsafəni” Azərbaycan triatlonçuları üçün rekord müddətdə qət edib. Fərəcov finişə çatmaq üçün 10 saat 12 dəqiqə 8 saniyə vaxt sərf edib. Bu, “Ironman” turnirlərində iştirak edən idmançılarımız üçün yeni nailiyyətdir.

Texniki nəticələrə gəlincə, Teymur Fərəcov 40-44 yaş kateqoriyası üzrə iştirakçılar arasında 87-ci yeri tutub.

Qeyd edək ki, yarış çətin şəraitdə keçirilib. Əlverişsiz hava şəraiti ilə əlaqədar təşkilatçılar startı bir gün təxirə salmağa məcbur olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru