Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə Fransa yığmasına çağırılıb

20-09-2022, 11:18           
Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə Fransa yığmasına çağırılıb
Fransa yığması UEFA Millətlər Liqasının oyunlarından əvvəl itki ilə üzləşib.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə "Tottenhem"ində çıxış edən komandanın əsas qapıçısı Uqo Lyoris zədələnib.

36 yaşlı oyunçunun yerinə yığmaya "Nant" klubundan Alban Lyafon çağırılıb.

Qeyd edək ki, sentyabrın 22-də Avstriyanı qəbul edəcək son dünya çempionu 3 gün sonra Danimarkanın qonağı olacaq. Alban Lyafon "Qarabağ"ın Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub etdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru