Beynəlxalq Kosmik Stansiyada futbol “matçı” keçiriləcək

21-09-2022, 12:56           
Beynəlxalq Kosmik Stansiyada futbol “matçı” keçiriləcək
Rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin Beynəlxalq Kosmik Stansiyada (BKS) NASA astronavtı Fransisko Rubio ilə futbol oynamağı planlaşdırır.

Bunu çərşənbə axşamı rusiyalı kosmonavt Sergey Prokopyev “Soyuz MS-22” pilotlu kosmik gəmisinin Baykonur kosmodromundan buraxılmasına həsr olunmuş onlayn konfrans zamanı deyib.

“Düşünürəm ki, biz BKS-də belə bir şeyi təkrarlaya bilərik. Mən artıq 2018-ci ildə həmkarlarım Oleq Artyomyev və Aleksandr Gerstlə stansiyada futbol oynamışam. Düşünürəm ki, orada hansısa top tapacağıq. Ümumiyyətlə, biz artıq kosmosda tennis, badminton ilə məşğul olmuşuq. Biz kosmosda idman etməkdən həzz alırıq”, - deyə kosmonavt bildirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru