Millətlər Liqası: İngiltərədən Almaniyaya “come back”, İtaliya finala çıxdı - VİDEO

27-09-2022, 11:15           
Millətlər Liqası: İngiltərədən Almaniyaya “come back”, İtaliya finala çıxdı - VİDEO
UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu - VI turun digər oyunları keçirilib.

A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasında Macarıstan İtaliyanı qəbul edib. Son avropa çempionu final mərhələsinə yüksəlmək üçün səfərdən qələbə ilə dönmək tapşırığının öhdəsindən gəlib. Meydan sahibləri isə onlar üçün sərfəli sayılan heç-heçəyə nail ola bilməyiblər - 0:2.

3-cü qrupda Almaniyanı qəbul edən İngiltərənin aşağı liqaya düşəcəyi dəqiqləşsə də matç olduqca maraqlı alınıb. Ev sahibləri iki top geridə ikən önə keçməyi bacarıb, lakin qonaqlar son anda bir xalı qopara biliblər - 3:3.

UEFA Millətlər Liqası

VI tur

A Liqası

3-cü qrup

İngiltərə - Almaniya 3:3


Macarıstan - İtaliya 0:2


B Liqası

Monteneqro - Finlandiya 0:2

Rumıniya - Bosniya və Herseqovina 4:1

C Liqası

Cəbəllütariq - Gürcüstan 1:2

Şimali Makedoniya - Bolqarıstan 0:1

D Liqası

San Marino - Estoniya 0:4












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.