İran millisinin kapitanından etiraz: “Mənəviyyatsız və şərəfsizsiniz” – FOTO

28-09-2022, 08:23           
İran millisinin kapitanından etiraz:
Klassik güləş üzrə İran millisinin kapitanı Məhəmmədəli Gərayi İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə əlaqədar etiraz aksiyalarında qadınlara qarşı zorakılıq göstərən hüquq mühafizəçilərini kəskin tənqid edib.

Bu barədə o, özünün “Instagram” hesabında post paylaşıb.

“Qadınlara və qızlara əl qaldıranlara səslənirəm, siz çox mənəviyyatsız və şərəfsizsiniz”, – deyə idmançı paylaşımında etirazını bildirib.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıldıqdan bir neçə saat sonra komaya düşüb, sentyabrın 16-da isə xəstəxanada ölüb. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər. Bundan sonra ölkəboyu geniş aksiyalar başlayıb. Ancaq bu nümayişlər hüquq mühafizəçiləri tərəfindən kobud şəkildə yatırılır, etirazçılar həbs olunurlar. Qeyri-rəsmi məlumata görə, aksiyalarda bu günə qədər 41 nəfər həlak olub.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.