Millimiz Türkiyə ilə eyni səbətdə - Avro-2024 İdman

28-09-2022, 12:37           
Millimiz Türkiyə ilə eyni səbətdə - Avro-2024 İdman
Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimində komandaların yer alacağı səbətlər dəqiqləşib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan millisi püşkatmaya 4-cü səbətdən qatılacaq.

Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Şimali Makedoniya, Kosovo və Bolqarıstan da 4-cü səbətdə olacaq.

1-ci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa, İsveçrə;

2-ci səbət: Çexiya, Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya, Serbiya, Finlandiya;

3-cü səbət: Ukrayna, Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro, İslandiya, Albaniya, Norveç;

4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya, Kosovo, Bolqarıstan;

5-ci səbət: Kipr, Slovakiya, Şimali İrlandiya, Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova;

6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino.

Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərind olacaq. Avropa çempionatının final mərhələsi də Almaniyada keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru