Eko-faəllar Messini tənqid etdi

1-10-2022, 12:04           
Eko-faəllar Messini tənqid etdi
Argentina millisinin və PSJ klubunun hücumçusu Lionel Messiyə məxsus təyyarə son üç ayda 52 uçuş həyata keçirib və bununla da futbolçu ekoloqların tənqidinə tuş gəlib.

Mənbə yazır ki, Lionel Messinin 15 milyon avro dəyərində şəxsi təyyarəsi var və bu hava nəqliyyat vasitəsindən futbolçunun özü, ailə üzvləri və dostları istifadə edir.

Fransada fəaliyyət göstərən ekoloji təşkilatlar futbolçunu ətraf mühitə göstərdiyi biganə münasibətə görə tənqid edib, ulduz futbolçuya təyyarələrin atmosferə böyük miqdarda karbon qazı buraxdığını xatırladıblar.

Mənbə: L’Equipe












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru