FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

1-10-2022, 10:11           
FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib
Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq siyahısında üç pillə geriləyib.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster 2747 xalla 13-cü yerdə qərarlaşıb.

Eyni xala malik Teymur Rəcəbov bir mövqe itirərək 16-cı olub.

Qədir Hüseynov (2661) bir pillə irəliləyərək 84-cü yeri tutub. Nicat Abbasov (2646) 101-ci, Rauf Məmmədov (2646) 102-ci sıradadır.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2856) başçılıq edir. Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2483) 3, Ülviyyə Fətəliyeva (2422) 6, Gülnar Məmmədova (2389) 11, Xanım Balacayeva (2384) 9 pillə irəliləyib. Məmmədzadə 18-ci, Fətəliyeva 39-cu, Məmmədova 62-ci, Balacayeva isə 66-cı sıradadır.

Azərbaycan millisinin digər üzvü Gövhər Beydullayeva (2356) ilk "100-lüy"ə düşüb. O, 2356 xalla 98-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru