Azərbaycan çempionatında biabırçı hakim səhvi – VİDEO

22-05-2016, 12:08           

Ramil Diniyev qonaqların qapısına elə bir penalti təyin edib ki, onu heç mübahisəli də adlandırmaq olmaz.

Futbol üzrə Azərbaycan çempionatının sonuncu turunda autsayderlər “Rəvan” və “Xəzər Lənkəran” klubları qarşılaşıblar.

Oxu.Az xəbər verir ki, matçın sonlarında “Xəzər Lənkəran”ın hesabda 2:1 irəli olduğu vaxtda oyunun baş hakimi Ramil Diniyev qonaqların qapısına elə bir penalti təyin edib ki, onu heç mübahisəli də adlandırmaq olmaz.

“Rəvan”ın futbolçusu Ruslan Tağızadə “Xəzər Lənkəran”ın müdafiəçisinə qarşı kobud oynayıb, lakin hakim tam əksinə qərar verərək 11 metrlik nöqtəni göstərib.

“Rəvan”ın kapitanı Ramazan Abbasov penalti zərbəsini dəqiq yerinə yetirərək oyunda bərabərliyi bərpa edib – 2:2.

Nəticədə “Rəvan 18 xal toplayıb, “Xəzər Lənkaran” isə 15 xalla Birinci diviziona enib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru