Ukraynanı təmsil edən həmyerlimiz hakimin ədalətsizliyinə uğradı - Beynəlxalq yarışda 3-cü yeri tutdu VİDEO

27-11-2022, 09:01           
Ukraynanı təmsil edən həmyerlimiz hakimin ədalətsizliyinə uğradı -
Boks üzrə İspaniyada keçirilən gənclər arasında dünya çempionatında Ukraynanı təmsil edən Camal Quliyevin ( Кулиев Джамал ) yarımfinala yüksəldiyi barədə xəbər vermişdik. Yarımfinalda italyan boksçu ilə qarşılaşan Camal hakimlərin yekdil rəyinə görə qalib sayılsa da, əsas hakimin onun qaydaları pozduğunu əsas gətirərək qələbəni rəqibə verməsi soydaşımızın finala çıxmasının qarşısını alıb. Nəticədə Camal dünya üçüncülüyü ilə kifayətlənməli olub. Yarımfinal döyüşü bitər bitməz, Ukraynanın əməkdar idman işçisi, komanda ilə bərabər İspaniyaya yollanan Азер Мустафаев və Camalın məşqçisi Нурəддин Əлибəйли bu qərarı protest ediblər. Dərhal Ukrayna Boks Federasiyası da İBA-ya etiraz məktubu yollayıb və rəsmi açıqlama yayıb.
Xatırladaq ki, Camal idmançı olmaqla yanaşı ictimai fəal gəncdir. Hüquq təhsili alan gəncimiz atası, xeyriyyəçi iş adamı Şamil Quliyevin ( Шамиль Гулиев ) qurduğu "Dopomoqa" xeyriyyə fondunun fəalı kimi Rusiya Ukrayna savaşı başlayan gündən onlarla humanitar aksiyanın, əhaliyə, uşaq evlərinə, məcburi köçkünlərə edilən ərzaq və digər yardım tədbirlərinin təşkilatçısı və iştirakçısı olub.
Heyf ki ədalətsizlik hər sahədə hökm sürür. Camala uğurlar arzulayır və növbəti turnirdə dünya çempionluğu arzulayırıq.
Anar Natiqoğu Ağazadə
Teref.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.