Dağdan enən xizəkçilər sürpriz qonaqla rastlaşdılar - VİDEO

3-02-2023, 12:38           
Dağdan enən xizəkçilər sürpriz qonaqla rastlaşdılar - VİDEO
Rusiyanın Roza Xutor dağ-xizək kurortunda (Soçi) qəfildən yamacda peyda olan öküz turistlərə hücum çəkib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlardan öküzün əvvəlcə sakit olduğu və insanları izlədiyi görünür. Sonra qəfildən heyvan aqressiv davranmağa başlayır və turistlər təşviş içində xizəklərini götürüb qaçırlar.

Qeyd olunur ki, öküz 3 nəfəri vurub, ancaq insanlar ciddi zədə almayıblar.


Hadisə yerinə gələn xilasedicilər artıq heyvanı tutaraq turistlərdən təcrid ediblər.

Güman edilir ki, heyvan Soçi Milli Parkının ərazisində yerləşən otlaqlardan təsadüfən yamaca gələ bilər.

Mənbə: “Mash” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru