Konfrans Liqası: 1/4 finalın daha 2 iştirakçısı bəlli olub

17-03-2023, 10:58           
Konfrans Liqası: 1/4 finalın daha 2 iştirakçısı bəlli olub
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı bəlli olub.

Report-un məlumatına görə, Türkiyə təmsilçisi “Sivasspor” evdə İtaliyanın “Fiorentina” klubuna 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb. Qonaqlar isə adını növbəti mərhələyə yazdırıb.

“Fiorentina”dan başqa, Polşanın “Lex” komandası da 1/4 finala yüksəlib.

Slovakiyada “Slovan” və İsveçrə “Bazel”i arasında keçirilən matçda isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılır.

UEFA Konfrans Liqası

1/8 final, cavab oyunları

16 mart

21:45. “Sivasspor” (Türkiyə) – “Fiorentina” (İtaliya) - 1:4

Qollar: Erdoğan Yeşilyurt, 35 - Artur Kabral, 44. Nikola Milenkoviç, 62. Dimitrios Qutas, 78 (avtoqol). Qaetano Castrovilli, 89

Qırmızı vərəqə: Hakan Arslan, 81 (“Sivasspor”)

İlk oyun - 0:1

21:45. “Yurqorden” (İsveç) – “Lex” (Polşa) - 0:3

Qollar: Filip Marxvinski, 77. Nika Kvekveskiri, 90+1. Mixal Skuras,90+2

Qırmızı vərəqə: Markus Danielsson, 44 (“Yurqorden”)

İlk oyun - 0:2

21:45. “Slovan” (Slovakiya) – “Bazel” (İsveçrə) - 2:2 (ƏLAVƏ VAXT)

İlk oyun - 2:2

Qeyd edək ki, daha əvvəl Belçika “Gent”i adını 1/4 finala yazdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru