“Mançester Yunayted”in futbolçusu onu təcavüzdə ittiham edən qızla evlənir

19-03-2023, 10:27           
“Mançester Yunayted”in futbolçusu onu təcavüzdə ittiham edən qızla evlənir
“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud onu təcavüzdə ittiham edən Herriet Robsonla evlənməyə hazılaşır.

21 yaşlı futbolçu bu barədə ailəsinə bildirib. Uşaq gözləyən cütlüyü bu günlərdə Londonda görüblər.

Xatırladaq ki, keçən ilin yanvarında Robson sosial şəbəkələrdə bir neçə foto paylaşaraq zorlamaya məruz qaldığını açıqlamışdı. Bundan sonra Qrinvud həbs edilmişdi. Bu ilin fevralında onun üzərindən bütün ittihamlar götürülüb.

“Mançester Yunayted” klubdaxili araşdırmalar yekunlaşana qədər futbolçunu komandadan uzaqlaşdırıb.

Mənbə: "The Sun"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru