Messi “Barselona”ya qayıdır?

31-05-2023, 10:54           
Messi “Barselona”ya qayıdır?
PSJ ilə müqaviləsi sezon sonu başa çatacaq Lionel Messi “Barselona”ya qayıtmayacaq.
“Əl Hilal” da daxil olmaqla bir çox klublardan təklif alan argentinalı ulduz bir neçə gündən sonra gələcəyi ilə bağlı qərarını verəcək.
Məlumata görə, Messinin seçimləri arasında əfsanələrindən biri olduğu “Barselona” yoxdur.
Qeyd olunub ki, “Barselona”nın prezidenti Joan Laporta və baş məşqçi Xavi Hernandezin marağından xəbərdar olan Messi klubdan konkret addım görmədiyi üçün daha gözləmək istəmir və yeni klubunu qısa müddət sonra müəyyən etməyi hədəfləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru