Renat Dadaşovun qolu mövsümün ən yaxşısı ola bilər - VİDEO
2-06-2023, 11:54
Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" 2022/2023 mövsümündə komandanın vurduğu ən yaxşı qolu seçəcək. Bakupost.az xəbər verir ki, siyahıda Dadaşovun da qolu var. 24 yaşlı hücumçunun ölkə çempionatının 1-ci turundan təxirə salınmış oyunda (1:1) “Lütsern”in qapısına vurduğu qol ən yaxşı ola bilər. Qalib azarkeşlərin səsverməsinə əsasən müəyyənləşəcək.