“Qarabağ” Rusiyada ilk 10 komanda sırasına düşə bilməz” – Şahruddin Məhəmmədəliyev

2-06-2023, 12:04           
“Qarabağ” Rusiyada ilk 10 komanda sırasına düşə bilməz” –
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın “Championat.com” saytına danışıb.

Azərbaycan millisinin əsas qolkiperi Rusiya və Azərbaycan klublarının maliyyə durumunu müqayisə edib:

“Ümumiyyətlə bir-biri ilə uzlaşmayan rəqəmlərdir. Heç Rusiyada son yerlərdə qərarlaşan, tutaq ki, “Fakel” kimi klublarla da müqayisə etmək çətindir. Büdcəsi çox olmayan “Səbail” və ya “Sumqayıt”dan danışmıram, “Qarabağ”ı nəzərdə tuturam. Məncə, büdcə baxımından Azərbaycan çempionu Rusiyada ilk 10 komanda sırasına düşə bilməz”.

Qeyd edək ki, 26 yaşlı Şahruddin 2016-cı ildən “Qarabağ”dadır.

///fanat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru