“Qarabağ”ın stadion müəmması: “Azərsun Arena”, “Tofiq Bəhramov”, yoxsa BOS?

3-06-2023, 00:05           
“Qarabağ”ın stadion müəmması: “Azərsun Arena”, “Tofiq Bəhramov”, yoxsa BOS?
“Qarabağ” avrokuboklarda təsnifat mərhələsinin ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirə bilər.

Bu məlumatı “Prosport.az” saytı yayıb. Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlandığından, “Azərsun Arena” isə avrokubok matçlarını keçirmək üçün tələblərə tam cavab vermədiyindən, “Qarabağ” BOS-da oynamağa razılıq verib.

Məsələ ilə bağlı arenanın mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə ilə əlaqə saxladıq. Qurum rəsmisinin “Football-plus.az”a açıqlaması belə oldu:

“Qarabağ” bizimlə əlaqə yaradaraq meydanın vəziyyəti və qarşıdakı aylarda stadionun əlçatanlığı barədə məlumat alıb. Lakin birinci mərhələdən etibarən oyunların burda keçirilib-keçirilməyəcəyini deyə bilmərəm. Rəsmi müraciəti qəbul edib müqavilə bağladıqdan sonra daha dəqiq məlumat verə biləcəm”.
Gördüyünüz kimi, “köhlən atlar” BOS-a müraciət edib. Lakin “Qarabağ”ın avrokubok oyunlarını burda keçirib-keçirməyəcəyi bəlli deyil. Məsələ ilə bağlı redaksiyamıza informasiya daxil olub. Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsindəki görüşlərini “Azərsun Arena”da keçirəcək. Bundan sonrası isə müəmmalıdı. Tofiq Bəhramov adına Respublika stadionu hazır olarsa, 3-cü təsnifatda və pley-offdakı oyunlar burda baş tutacaq. Əks təqdirdə isə “Qarabağ” BOS-dan istifadə edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.