PSJ Serxio Ramosun gedişini açıqladı

3-06-2023, 11:54           
PSJ Serxio Ramosun gedişini açıqladı
2010-cu il dünya çempionu, dördqat Çempionlar Liqasının qalibi Serxio Ramos mövsümün sonunda Fransanın PSJ klubunu tərk edəcək.

Bu barədə cümə günü PSJ-nin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Ramosun 37 yaşı var. O, 2021-ci ildən PSJ-də çıxış edir və klubun heyətində iki dəfə Fransa çempionu olub, bir dəfə ölkə Superkubokunu qazanıb.
Ramosun müqaviləsi bu yay başa çatır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.