İspaniya nəhənginin baş məşqçisi türk ulduzun transferini açıqladı

3-06-2023, 12:54           
İspaniya nəhənginin baş məşqçisi türk ulduzun transferini açıqladı
Çağlar Söyüncü İngiltərənin “Lester” klubunu Madrid “Atletiko”suna dəyişib.

Bu barədə İspaniya təmsilçisinin baş məşqçisi Dieqo Simeone məlumat verib.

“Çağlarla çoxdan müqavilə imzalamışıq. Yeni mövsümdən bizimlə olacaq. Nəyə ehtiyacımızın olduğunu bilirik”, - deyə argentinalı mütəxəssis yerli radioların birinə söyləyib.
Türkiyə millisinin üzvü “Atletiko”ya azad agent kimi keçib. Onun 2018-ci ildən formasını geyindiyi “Lester” ötən mövsüm İngiltərə Premyer Liqasında 18-ci pilləni tutaraq aşağı liqaya düşüb.

Mənbə: NTV Spor












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru