PSJ milyondan çox abunəçisini itirdi - FOTO

5-06-2023, 11:44           
PSJ milyondan çox abunəçisini itirdi - FOTO
PSJ klubu Lionel Messinin gedişi səbəbindən bir milyondan çox abunəçisini itirib. Bundan əvvəl parislilərin “Instagram” hesabında 70,4 milyon abunəçi var idi. Lakin argentinalı hücumçunun klubdan ayrılması xəbərindən sonra onların sayı 69,2 milyona enib və azalmaqda davam edir.

İyunun 3-də PSJ 2022/2023 mövsümünün sonunda Messinin gedəcəyini açıqlamışdı.

Qeyd edək ki, Messi 2021-ci ildən PSJ-də oynayır. Onun parislilərlə müqaviləsi 2023-cü ilin iyun ayına kimi bir mövsümlük uzadılma variantı ilə nəzərdə tutulub. Daha əvvəl isə hücumçu karyerası boyu “Barselona”da çıxış edib. Kataloniyalıların tərkibində on dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru