“Neftçi”nin futbolçusu İsrail millisindən imtina etdi: Fələstin üçün oynayacaq

5-06-2023, 10:01           
“Neftçi”nin futbolçusu İsrail millisindən imtina etdi:
“Neftçi”nin futbolçusu Ataa Caber milli komanda seçimində dəyişiklik edib.

Daha əvvəl İsrailin U-21 yığmasının kapitanı olmuş yarımmüdafiəçi bundan sonra Fələstinin uğurları üçün çalışacaq.

FIFA 28 yaşlı oyunçunun yığma komanda dəyişikliyini təsdiqləyib. Fələstin administrasiyası tərəfindən səyahət sənədi alan Ataa Caber bu ay millidə debüt edə bilər.
İsrailin “Makkabi” (Hayfa) klubunun yetirməsi olan futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 28 oyun keçirib və 5 qol, 6 asistlə yadda qalıb.

Mənbə: footballpalestine.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru