İngiltərə nəhəngi Messiyə görə hərəkətə keçdi

5-06-2023, 10:19           
İngiltərə nəhəngi Messiyə görə hərəkətə keçdi
İyunun 30-da PSJ-dən ayrılaraq azad agentə çevriləcək Lionel Messinin xidmətində daha bir klub maraqlıdır.

Publika.az xəbər verir, söhbət İngiltərə nəhəngi "Çelsi"dən gedir. Baş məşqçi Maurisio Poçettionun istəyindən sonra klub rəhbərliyi ona təklif ediləcək müqavilənin şərtlərini müzakirə etməyə başlayıb.

Messiyə yüksək məvacib vermək üçün londonlular bir neçə futbolçunu satmalı və ya onlarla müqaviləni pozmalıdır.

Poçettino isə Leo ilə görüşmək üçün Argentinaya yollanacaq.

Qeyd edək ki, dünya çempionunu "Əl-Hilal", "Barselona" və "İnter Mayami"də transfer etməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru