"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub - VİDEO

11-06-2023, 08:47           
"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub - VİDEO
UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib. "Report"un məlumatına görə, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gəliblər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. Əvəzində "şəhərlilər" ciddi itki ilə üzləşiblər. Zədələnən Kevin De Brüyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.

UEFA Çempionlar Liqası
Final

23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) - 1:0
Qol: Rodri, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu


00:29

Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda hesab açılıb.

Qarşılaşmanın 68-ci dəqiqəsində Rodri “Mançester Siti”ni hesabda önə çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru