“Mançester Siti”nin sahibi 13 ildən sonra ilk dəfə komandasının matçını izləyəcək

11-06-2023, 08:54           
“Mançester Siti”nin sahibi 13 ildən sonra ilk dəfə komandasının matçını izləyəcək
“Mançester Siti”nin sahibi Şeyx Mənsur 13 ildən sonra ilk dəfə komandasının rəsmi oyununda iştirak edəcək. Məlumata görə, ərəb şeyxi 2022/2023 Çempionlar Liqasının finalında komandasının “İnter”lə qarşılaşmasını izləmək üçün İstanbula səfər edib.

Qeyd olunur ki, şeyxin şəxsən ziyarət etdiyi sonuncu oyun hələ 2010-cu ildə baş tutub. O zaman “Mançester Siti” “Liverpul”u darmadağın edib.

Qeyd edək ki, Şeyx Mənsur “Mançester Siti”ni 2008-ci ildə alıb. Bu müddət ərzində “şəhərlilər” 20 kubok qazanıb. (Mənbə: championat.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru