“Olimpiya”nın baş məşqçisi: “Vəziyyəti dəyişməyə özümüzü inandırmışıq”

25-08-2023, 09:18           
“Olimpiya”nın baş məşqçisi:
“Məyusuq, amma vəziyyəti dəyişməyə özümüzü inandırmışıq”.

“Report”un məlumatına görə, bunu Sloveniyanın “Olimpiya” klubunun baş məşqçisi Joao Enrike “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis uduzmalarına baxmayaraq, bərabər səviyyədə mübarizə alındığını düşünür: “Oyundan əvvəl dedik ki, fərdi və kollektiv keyfiyyətə malik kompakt komandaya qarşı oynayacağıq. Bunu matçda da gördük, amma detallar həlledici idi. Böyük şans qazanan ilk biz olduq. Bu səviyyədə səhvlər cəzalandırılır. Statistikalar bərabərdir, yeganə fərq nəticədir. Təcrübə çox yaxşı idi, amma hələ bitməyib”.
Enrike matçın bolqarıstanlı baş hakimi Georgi Kabakovdan narazı qalıb: “Hakimliklə bağlı bəxtimiz gətirmədi. Ədalətli deyildi, bizə vərəqələr verirdi, qonaqlarla qarşı daha ehtiyatlı davranırdı. Amma bu belədir, Avropada görkəmli komandalar daha çox qorunur. Bu da normaldır”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru