Ronaldo "Əl-Nassr" klubunda het-trikə imza atıb

26-08-2023, 09:05           
Ronaldo "Əl-Nassr" klubunda het-trikə imza atıb
Səudiyyə Ərəbistanı Pro Liqasının 3-cü həftəsində "Əl-Nassr" klubu "Əl-Fateh"lə qarşılaşıb.

APA əbər verir ki, oyunda Kriştiano Ronaldo het-trikə imza atıb.

Qarşılaşma 5:0 hesabı ilə "Əl-Nassr"in qələbəsi ilə başa çatıb.

Bununla da komanda liqada ilk qələbəsini qazanıb.

Əl-Nassrın qələbə qollarını Sadio Mane 27 və 81, Kriştiano Ronaldo isə 38, 55 və 90+6 vurub.

Manenin ilk qolunda ötürməni də Ronaldo edib.

Bu nəticə ilə “Əl Nassr” 3 xalla 12-ci, “Əl-Fateh” isə 4 xalla 9-cu pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru