Messi MLS-də ilk oyununa çıxdı

27-08-2023, 09:47           
Messi MLS-də ilk oyununa çıxdı
ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messinin MLS-də debüt edib.

Publika.az xəbər verir ki, futbolçu oyunun 60-cı dəqiqəsində meydana çıxıb.

"İnter Mayami"də səkkiz oyunda Messi on qol vurub və üç məhsuldar ötürmə edib. Avqustun 20-də argentinalı ilk Amerika kubokunu qazanıb. “İnter Mayami” turnirin həlledici oyununda “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub.

“İnter Mayami” ABŞ Açıq Kubokunun finalında “Hyuston”la da oynayacaq.

Messi 7 qat "Qızıl top"un qalibi, Argentina millisinin heyətində dünya çempionu, 10 qat İspaniya çempionu, 2 qat Fransa çempionu, 4 dəfə Çempionlar Liqasının qalibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru