Mbappe dubl etdi, PSJ ilk qələbəsini qazandı - VİDEO

27-08-2023, 12:24           
Mbappe dubl etdi, PSJ ilk qələbəsini qazandı - VİDEO
PSJ Fransa Liqa 1-in cari mövsümündə ilk qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, əvvəlki iki görüşü heç-heçə başa vuran Paris klubu III turda doğma meydanda “Lans”a qalib gəlib - 3:1.

Kilian Mbappenin dubl etdiyi qarşılaşmada PSJ-nin digər qoluna Marko Asensio imza atıb. “Lans”ın yeganə qolunu Morqan Quilavoqui vurub.
Xalını beşə çatdıran PSJ dördüncüdür. “Lans” bir xalla 15-ci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru