“Napoli” İtaliya A Seriyasının II turunu qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, Neapol klubu öz meydanında “Sassuolo”ya qalib gəlib - 2:0.
Qolları 16-cı dəqiqədə Viktor Osimhen, 64-cü dəqiqədə Covanni Di Lorenso vurublar. “Napoli” altı xalla "Verona" və "Milan"la birgə zirvəyə şərikdir. Xalsız “Sassuolo” sonuncu pillədə qərarlaşıb.