Lionel Messi cəzalandırıla bilər

28-08-2023, 14:44           
Lionel Messi cəzalandırıla bilər
ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi cəzalandırıla bilər.

“Report” xəbər verir ki, buna səbəb argentinalı hücumçunun MLS müntəzəm çempionatında “Nyu York Red Bulls”a qarşı keçirilən oyundan sonra jurnalistlərə müsahibə verməməsidir.

Komandasının 2:0 hesablı qələbə qazandığı görüşdə son nöqtəni qoyan 36 yaşlı forvard media nümayəndələri ilə ünsiyyətdən imtina edib. Liqa qaydalarına görə, qarşılaşmalardan sonra futbolçular jurnalistlərin müsahibə istəyini geri çevirməməlidirlər.

Qeyd edək ki, Lionel Messi “İnter Mayami”nin heyətində keçirdiyi 9 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru