FİFA Ronaldonun qollarını saymadı

29-08-2023, 17:54           
FİFA Ronaldonun qollarını saymadı
"Əl-Nəsr"ın hücumçusu Kriştiano Ronaldonun Ərəb Çempionlar Liqasında vurduğu qollar rəsmi qollarının sayına əlavə edilməyəcək.

Publika.az xəbər verir ki, buna səbəb FİFA-nın Ərəb Kubokunu rəsmi turnir kimi tanımamasıdır. Yarışı Ərəb Futbol Assosiasiyaları İttifaqı (UAFA) təşkil edir.

UAFA FİFA tərəfindən tanınan federasiya olmadığı üçün Ərəb Dövlətləri Kuboku yoldaşlıq turniri hesab olunur.

Qeyd edək ki, Ronaldo sözügedən turnirdə keçirdiyi 6 oyunda 6 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru