Azərbaycan – İordaniya oyununun biletləri satışa çıxarılıb

31-08-2023, 12:13           
Azərbaycan – İordaniya oyununun biletləri satışa çıxarılıb
Sentyabrın 12-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Bakıda Azərbaycan və İordaniya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından bildiriblər ki, biletlərin qiyməti birinci kateqoriya üçün 5, ikinci kateqoriya üçün 2 manatdır. VİP biletlərin qiyməti isə 10 manat təşkil edir.
Biletləri "iTicket.az"ın satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, sentyabrın 12-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru