Mahir Emrelinin komandası Çexiya səfərində

31-08-2023, 11:12           
Mahir Emrelinin komandası Çexiya səfərində
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Sloveniya "Olimpiya"sı ilə üz-üzə gələcək. Görüş saat 20:00-da başlayacaq.

Milli komandamızın üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Çexiya səfərinə yollanacaq. Xorvatiya təmsilçisi ilk oyunda qalib gəldiyi "Sparta"nın qonağı olacaq.

Niderlandın "Ayaks" komandası azarkeşləri önündə Bolqarıstanın "Ludoqorets" komandasını qəbul edəcək. Ukrayna "Zarya"sı isə Çexiyanın "Slaviya" komandası ilə qarşılaşacaq.

Avropa Liqası: pley-off mərhələsi, cavab oyunları
31 avqust
20:00 Qarabağ - Olimpiya (Sloveniya) (İlk oyun - 2:0)
21:00 Aris (Kipr) - Slovan (Slovakiya) (İlk oyun - 1:2)
21:00 Sparta (Praqa, Çexiya) - Dinamo (Zaqreb, Xorvatiya) (İlk oyun - 1:3)
21:00 Şerif (Moldova) - Klaksvik (Farer adaları) (İlk oyun - 1:1)
21:00 Zarya (Ukrayna) - Slaviya (Çexiya) (İlk oyun - 0:2)
22:00 Ayaks (Niderland) - Ludoqorets (Bolqarıstan) (İlk oyun - 4:1)
22:00 Çukariçki (Serbiya) - Olimpiakos (Yunanıstan) (İlk oyun - 1:3)
22:30 Luqano (İsveçrə) - Yunion (Belçika) (İlk oyun - 0:2)
22:45 Aberdin (Şotlandiya) - Hakken (İsveç) (İlk oyun - 2:2)
23:00 Jrinski (Bosniya və Herseqovina) - LASK (Avstriya) (İlk oyun - 1:2)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru