“Azərbaycana qələbə üçün gəlmişik” - “Olimpiya”nın baş məşqçisi

31-08-2023, 15:46           
“Azərbaycana qələbə üçün gəlmişik” -
“Olimpiya”nın baş məşqçisi Joao Enrikeş Avropa Liqasının pley-off mərhələsinin bu gün Bakıda "Qarabağ"a qarşı keçiriləcək cavab oyunu haqda fikirlərini bölüşüb.

Sfera.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk görüşdəki məğlubiyyətə baxmayaraq şanslarının davam etdiyini söyləyib:

“Hələ heç nə bitməyib. Biz Azərbaycana qələbə üçün gəlmişik. Qol buraxmadan, qol vurmaq lazımdır. Hücum edib sona qədər oynayacağıq. “Qarabağ” kifayət qədər təcrübəlidir. Lakin buna baxmayaraq, ilk oyunda göstərdik ki, onlarla rəqabət apara bilərik”.

“Qarabağ” Lyublyanadakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Cavba matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru