“Qarabağ” qrup mərhələsində: “Qarabağ” – “Olimpiya” oyununda ikinci hissə başa çatdı - VİDEO/YENİLƏNDİ

31-08-2023, 22:06           
“Qarabağ” qrup mərhələsində: “Qarabağ” – “Olimpiya” oyununda ikinci hissə başa çatdı - VİDEO/YENİLƏNDİ
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlardan Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ” və Sloveniya “Olimpiya”sı arasında keçirilən cavab oyununda ikinci hissəyə start verilib. İlk 45 dəqiqədən sonra hesab 1:1-dir.

20:54

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Olimpiya” (Sloveniya) cavab oyununda ilk hissə 1:1 hesabı ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru