Avroliqanın püşkatması nə vaxt olacaq?

1-09-2023, 09:28           
Avroliqanın püşkatması nə vaxt olacaq?
Sabah Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.
Bakupost.az xəbər verir ki, Bakı vaxtı ilə 15:00-da Monako şəhərində keçiriləcək püşkatmada “Qarabağ”ın da rəqibləri bəlli olacaq.
Qeyd edək ki, qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünəcəklər. Qrupda eyni ölkələrin komandası bir-birinə rəqib ola bilməyəcəklər.
Qrup qalibləri yarışın 1/8 finalında birbaşa oynamaq hüququ əldə edəcəklər. 2-ci yeri tutanlar bu yarışın, 3-cü yeri tutanlar isə Konfrans Liqasının 1/16 finalına vəsiqə qazanacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru