Türkiyənin iki klubu Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazandı

1-09-2023, 10:18           
Türkiyənin iki klubu Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazandı
Türkiyənin iki klubu UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az-ın məlumatına görə, “Fənərbağça” və “Beşiktaş” pley-off mərhələsində rəqibini üstələyiblər.

“Fənərbağça” öz meydanında 5:1 hesabı ilə məğlub etdiyi Niderland klubu “Tvente”yə səfərdə də qalib gəlib. Edin Cekonun yeganə qolu İstanbul nəhənginə 1:0 hesablı qələbə qazandırıb.

Ukraynanın “Dinamo” (Kiyev) klubundan səfərdə güclü olan “Beşiktaş” (3:2) Türkiyədəki cavab görüşündə də üstünlüyün qorumağı bacarıb. “Ağ-qaralar” Vensan Abubakarın qolu sayəsində 1:0 hesablı qalibiyyətə seviniblər.

Türkiyənin digər təmsilçisi “Adana Dəmirspor” isə doğma arenasında Belçika “Genk”ini qəbul edib. Belçikadakı ilk matçda yerli komanda 2:1 hesabı ilə qalib gəlmişdisə, bu dəfə adanalılar rəqibi eyni fərqli hesabla (1:0) məğlub ediblər. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan “Genk” yoluna davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru