Avropa Liqası: “Qarabağ”ın rəqibləri bəlli oldu

1-09-2023, 17:24           
Avropa Liqası: “Qarabağ”ın rəqibləri bəlli oldu
UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Axar.az xəbər verir ki, Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.

32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Azərbaycan çempionu “Qarabağ” H qrupunda “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Haken”ə (İsveç) rəqib olub.

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

A qrupu: “Vest Hem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya), “Baçka Topola” (Serbiya).

B qrupu: “Ayaks” (Niderland), “Marsel” (Fransa), “Brayton” (İngiltərə), AEK (Yunanıstan).

C qrupu: “Reyncers” (Şotlandiya), “Betis” (İspaniya), “Sparta” (Çexiya), “Aris” (Kipr).

D qrupu: “Atalanta” (İtaliya), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Rakuv” (Polşa).

E qrupu: “Liverpul” (İngiltərə), LASK (Avstriya), “Union” (Belçika), “Tuluza” (Fransa).

F qrupu: “Vilyarreal” (İspaniya), “Renn” (Fransa), “Makkabi” (Hayfa, İsrail), “Panatinaikos” (Yunanıstan).

G qrupu: “Roma” (İtaliya), “Slaviya” (Çexiya), “Şerif” (Moldova), “Servett” (İsveçrə).

H qrupu: “Bayer” (Almaniya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Haken” (İsveç).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru