Joao Feliks “Barselona”ya keçdi - FOTO

2-09-2023, 09:03           
Joao Feliks “Barselona”ya keçdi - FOTO
“Atletiko” klubunun futbolçusu Joao Feliks icarə əsasında “Barselona”ya keçib.

Bu barədə Kataloniya klubunun mətbuat xidmətindən məlumat verilib.

Hazırda “Barselona” nümayəndələri müqaviləni tam şəkildə rəsmiləşdirmək üçün bütün lazımi sənədləri gözləyirlər.

Portuqaliyalı bu mövsüm “Atletiko Madrid”in heyətində heç bir oyun keçirməyib. Futbolçu “Barselona”ya keçmək arzusunu bildirdiyi üçün heyətdən xaric edilib. Futbolçu ötən mövsümə Madriddə başlasa da, 2023-cü ilin yanvarında “Çelsi”yə keçib. Mavilərin tərkibində Feliks 20 oyun keçirib və dörd qol vurub.
Xatırladaq ki, portuqaliyalı 2019-cu ildə 126 milyon avroya “Atletiko”ya keçid edib. Madriddə üç il yarım ərzində La Liqada 96 oyun keçirib, 25 qol vurub və 13 məhsuldar ötürmə edib. İspaniya kubokunun beş oyununda Feliks iki qol vurub və bir məhsuldar ötürmə edib. Portuqaliyalı “Atletiko Madrid”in heyətində Çempionlar Liqasında 27 oyunda 7 qol vurub.

Mənbə: Dailysports.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru