"Barselona” səfərdə çətinliklə qələbə qazandı - VİDEO

4-09-2023, 12:28           
"Barselona” səfərdə çətinliklə qələbə qazandı - VİDEO
“Barselona” İspaniya La Liqasının cari mövsümündə ardıcıl üçüncü qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, Kataloniya klubu IV turda səfərdə “Osasuna”dan üstün olub - 2:1.

Hesabı 45+1-ci dəqiqədə Jül Kunde açıb. Lakin 76-cı dəqiqədə Çimi Avila hesabda tarazlıq yaradıb. 84-cü dəqiqədə Alexandro Katena birbaşa qırmızı vərəqə ilə meydandan qovularaq “Osasuna”nı azlıqda qoyub. İki dəqiqə sonra penaltini dəqiq yerinə yetirən Robert Levandovski “Barsa”ya qələbə qazandırıb.
Dörd matçda 10 xal yığan “Barselona” “Jirona” ilə birgə 2-3-cü yerləri bölüşdürür. “Osasuna” altı xalla 10-cudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru