“Barselona”nın gənc ulduzunun qulağı kəsildi, tikişlərlə oynadı, tarixə düşdü - FOTO

4-09-2023, 12:17           
“Barselona”nın gənc ulduzunun qulağı kəsildi, tikişlərlə oynadı, tarixə düşdü - FOTO
“Barselona”nın gənc futbolçusu Qavi İspaniya La Liqasının IV turunda “Osasuna”ya qarşı səfər matçında xoşagəlməz hadisə ilə üzləşib.

Oxu.Az xəbər verir ki, ikinci hissənin əvvəllərində rəqib futbolçu Ruben Qarsiya ilə toqquşan gənc yarımmüdafiəçinin qulağında kəsik əmələ gəlib. Qan içində qalan futbolçuya uzun müddət tibbi yardım göstərilib. Bundan sonra o, meydana qayıdıb və sonadək oynayıb.

Matçdan sonra yayılan şəkillərdə Qavinin qulağında tikişlərlə oynadığı görünüb.
Yeri gəlmişkən, “Barselona”nın 2:1 hesablı qələbə qazandığı qarşılaşma 19 yaşlı ispaniyalı üçün əlamətdar olub. Kataloniya təmsilçisində 100-cü oyununu keçirən yarımmüdafiəçi klubun tarixində bu saya çatan ən gənc oyunçu olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru