Baş hakim telefonla danışdı - Qərarı ləğv etdi

5-09-2023, 00:08           
Baş hakim telefonla danışdı - Qərarı ləğv etdi
Portuqaliya çempionatının 4-cü turunun “Porto” - “Aroko” matçında oyunun baş hakimi Miqel Noqeyra VAR hakimləri ilə telefonla danışdıqdan sonra qonaqların qapısına təyin olunmuş penaltini ləğv edib.

Bakupost.az xəbər verir ki, görüşün 90-cı dəqiqəsində “Porto” penalti zərbəsi vurmaq hüququ qazanıb. VAR arbitrləri epizodu izləmək üçün Noqeyrnanı monitora çağırıb, lakin texniki problemlər üzündən o, görüntünü görə bilməyib. Uzun fasilədən sonra VAR-da həmkarları ilə əlaqə saxlamaq üçün baş hakimə mobil telefon verilib. O, telefonla danışdıqdan sonra penalti ləğv edilib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru