“Beşiktaş” “Mançester Yunayted”in futbolçusunu transfer etdi 6-09-2023, 00:06 Türkiyənin "Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.İstanbul təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, İngiltərə "Mançester Yunayted”indən Erik Bayi transfer olunub.Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2016-cı ildən "qırmızı-şeytanlar”ın formasını geyinib. O, ötən mövsüm icarə əsasında Fransa "Marsel"ində çıxış edib. Facebook-da paylaş